- Bu hədisdə Fatihə surəsinin önəminin böyüklüyü ifadə edilmiş və Uca Allah bu surəni namaz olaraq adlandırmışdır.
- Hədisdə Uca Allahın quluna olan qayğısı ifadə edilmiş, həmçinin, qulunun Onu həmd-səna etməsindən dolayı qulunu mədh etməsi xəbər verilmiş və sonda isə qulun Ondan istədiyinin ona verəcəyini vəd etmişdir.
- Bu surə özündə, Uca Allaha həmd-səna etməyi, öldükdən sonra yenidən dirilməyi, Allaha dua etməyi, ixlasla Ona ibadət etməyi, doğru yola yönəltməsini istəməyi və batil yollardan çəkindirməyi əhatə etmişdir.
- Namaz qılan kimsə -Fatihə surəsini oxuduğu zaman- bu hədisi xatırlayarsa bu onun namazdakı xuşusunu artırar.