- Allaha sığınmaq ibadətdir və bu uca Allaha, həmçinin Onun isim və sifətlərinə sığınmaqla olur.
- Allahın kəlamlarına sığınmağın icazəli olması, çünki o uca Allahın sifətlərindən biridir. Lakin hər hansı yaradılmışa sığınmaq isə şirkdir.
- Bu duanın fəziləti və bərəkəti.
- Zikrlərlə qorunmaq qulun pisliklərdən himayə olunmasına səbəbdir.
- Cin, sehrbaz, saxtakarlara və Allahdan başqa digərlərinə sığınmaq qadağan edilmişdir.
- Yaşayış yerində və ya səfərdə olarkən bu duanı etməyin şəriətdə buyurulması.