- Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təlim üsulu - belə ki, məsələləri sual verməklə izah edir.
- Sahabələrin Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə gözəl ədəbi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara sual verdikdə, "Allah və Rəsulu ən doğrusunu bilir!"- deyə cavab verdilər.
- Sual verilən kəs cavabını bilmədikdə, ən doğrusunu "Allah bilir" deyər.
- Şəriət fərdlər arasındakı qardaşlığı və onların hüquqlarını mühafizə etməklə cəmiyyəti qoruyur.
- Qeybət ümumiyyətlə haramdır, amma bəzi məsləhətlərə görə icazəli növləri vardır. Bunlardan: Zülmü dəf etmək-yəni məzlum haqqını alıb ona qaytarmağı bacaranın yanında zalımın ona etdiklərini bildirməsi və "filankəs mənə zülm etdi və ya belə etdi"- deməsi, həmçinin evlilik, şəriklik və ya qonşuluq kimi məsələlərdə bir kəslə məsləhətləşmək.