- Xeyir işlərdə əməkdaşlığa, həmrəyliyə təşviq, kasıbların ehtiyacını ödəməyə çağırış.
- İbadət bütün saleh əməlləri əhatə edir, dul qadına və kasıblara yardım etməyə çalışmaq da ibadətdəndir.
- İbn Hubeyra demişdir:
- Burada nəzərdə tutulan odur ki, Allah-təala həmin adamın tək bir əl tutmaq əməlinə görə, oruc tutanın, gecələr namaz qılanın və mücahidin- bunların hər birinin qazandığı üç əməlin savabını cəm olaraq ona bir dəfəyə verir. Çünki o, dul qadına ərinin əvəzinə maddi baxımdan dayaq oldu, özünü dolandıra bilməyən kasıba əl tutdu, bununla da öz gündəlik payından bir hissəsini xərclədi və sədəqə verdi. Ona görə də onun əcri oruc tutmağın, gecə namazının və cihadın savabına bərabər oldu.