Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək
Əbu Bərzə əl-Əsləmidən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: «Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək.»
Ət-Tirmizi rəvayət etdi
Şərh (izah)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, Qiyamət günü bu suallar soruşulmadan heç kəs hesab yerindən Cənnət və ya Cəhənnəmə getməyəcək:
Birincisi: Həyatı haqqında . Onu nəyə sərf etdi və necə keçirdi?
İkincisi: Elmi haqqında. Onu Allahın razılığı üçün öyrəndimi? Onunla əməl etdimi? Bu elmi layiq olan kəslərə çatdırdımı?
Üçüncüsü: Malı haqqında. Onu haradan qazandı, halal yoxsa haram yoldan qazandı? Qazancını nəyə xərclədi, Allahı razı salacaq şeylərə yoxsa Onu qəzəbləndirəcək şeylərə ?
Dördüncüsü: Bədəni, gücü, sağlamlığı və gəncliyi haqqında. Gəncliyini necə keçirdi və nəyə sərf etdi?
Hadeeth benefits
Həyatı Uca Allahı razı salacaq şəkildə yaşamağa təşviq etmək.
Allahın qullarına verdiyi nemətlər çoxdur. Allah quluna verdiyi bu nemətlər haqqında ondan soruşacaq. Buna görə də O, Allahın nemətlərini onun razı qaldığı şeylərdə istifadə etməlidir.
Share
Use the QR code to easily share the message of Islam with others