- Dua ibadətin əsasıdır və Allahdan başqasına yönəltmək olmaz.
- Dua qulluğun həqiqətini, Uca Rəbbin qüdrətini, Onun kimsəyə ehtiyacı olmadığını və qulun Ona möhtaclığının etirafını özündə ehtiva edir.
- Duanı tərk etməyə görə və Allaha ibadətdə təkəbbürlük etməyə görə şiddətli xəbərdarlıq edilmişdir. Allaha dua etməyə təkəbbürlük edənlər cəhənnəmə alçaldılmış və zəlil vəziyyətdə girəcəklər.