- Səni xeyirdən çəkindirən şey həya adlanmaz, bu, xəcalət, acizlik, zəiflik, qorxaqlıq adlanar.
- İzzət və Cəlal sahibi olan Allahdan həya etmək , Onun əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə gerçəkləşir.
- Yaradılmışlardan həya etmək, onlara ehtiram etməklə, onlara layiq olduqları dəyəri verməklə və ümumiyyətlə çirkin olaraq qəbul ediln əməllərdən uzaq durmaqla gerçəkləşir.