- İslamın, əxlaqın saflığına və kamilliyinə diqqətinin böyüklüyü.
- Gözəl əxlaqın üstünlüyü. Qul bu əxlaqla davamlı oruc tutan, gecələr yorulmadan namaz qılan bəndənin dərəcəsinə yüksəlməyə müvəffəq olur.
- Gündüz oruc tutmaq və gecə namaz qılmaq nəfsə ağır gələn böyük əməllərdəndir, gözəl əxlaq sahibi təqdirəlayiq davranışı ilə nəfsinə qalib gəldiyi üçün bu iki əməlin dərəcəsinə çatmışdır.