- Təqvalı olmağa, dünyanın ləzzətləri və zinətləri ilə başı qarışdırmamağa təşviq.
- Qadınların fitnəsindən kişiləri çəkindirmək: onlara baxmaq, onların yad kişilərlə qaynayıb-qarışmağına laqeyid yanaşmaq və sairə bu kimi əməllərin qadağan edilməsi.
- Qadınların fitnəsi dünyanın ən böyük fitnələrindəndir.
- Keçmiş xalqlardan ibrət götürmək, İsrail oğullarının başına gələnlər, başqalarının da başına gələ bilər.
- Həyat yoldaşı misalında qadınların fitnəsi, kişini gücü çatmadığı xərclərə vadar etməsi, onu dinlə əlaqəli əməllərdən yayındırması və onun dünya ləzzətlərinə həris olmağa sövq etməsidir. Naməhrəm qadın fitnəsi isə, qadın evdən kənara çıxıb yad kişilərlə qaynayıb-qarışarsa, xüsusən də açıq-saçıq və bər-bəzəkli geyinərsə, bu halda onun fitnəsi kişiləri yoldan çıxarar, onları haqdan uzaqlaşdıra bilər. Bəzən bu zinaya gətirib çıxara bilər. Buna görə, də mömin Allaha sarılmalı və onların fitnələrindən xilas olmaq üçün Ona üz tutmalıdır.