- Vəli, nikahın səhih olması üçün şərtdir. Əgər nikah, qadının vəlisi olmadan bağlanarsa yaxud qadın özü özünü evləndirərsə nikah səhih sayılmaz.
- Vəli, qadına ən yaxın olan kişidir. Əgər qadına daha yaxın bir vəli varsa, bu zaman ona uzaq olan bir vəlinin onu evləndirməsi xətadır.
- Vəlinin: mükəlləf, kişi, nikahın məsləhətini bilən bir şəxs olması və həmçinin vəlisi olduğu qadın ilə vəlinin eyni bir dindən olması şərtdir. Kimdə bu şətrlərdən biri yoxdursa o, nikah əqdində qadına vəlilik etmə hüquqna sahib deyildir.