/ Məndən sonra kişilər üçün ən təhlükəli fitnə( yoldan çıxaran) qadınlar olacaq

Məndən sonra kişilər üçün ən təhlükəli fitnə( yoldan çıxaran) qadınlar olacaq

Usamə bin Zeyddən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Məndən sonra kişilər üçün ən təhlükəli fitnə( yoldan çıxaran) qadınlar olacaq."
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, özündən sonra kişilər üçün qadınlardan daha zərərli sınaq və imtahan yoxdur. Məsələn qadın kişinin öz ailəsindəndirsə, o qadına şəriətə zidd olan məsələlərdə tabe olur, və yaxud qadın yad biridirsə, kişinin o qadınla bir məkanda olması və tək qalması fitnə-fəsada gətirib çıxara bilir.

Hadeeth benefits

  1. Müsəlman, qadınların fitnəsindən ehtiyat etməlidir, fitnəyə aparan hər bir vasitənin qarşısını almalıdır.
  2. Mömin Allaha sarılmalı və fitnələrdən qorunmaq üçün Ona sığınmalıdır.