Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm
Səhl bin Səad - Allah ondan razı olsun - rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm".
Əl-Buxari rəvayət etdi
Şərh (izah)
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bizə iki iş barəsində xəbər verir. Əgər müsəlman bunların hər ikisinə əməl edərsə,Cənnətə daxil olar.
Birincisi: Dilin Uca Allahı qəzəbləndirən sözlərdən qorunması.
İkincisi: Cinsiyyət orqanının zinaya düşməkdən qorunması.
Çünki bu iki əza ilə daha çox günahlar işlənilir.
Hadeeth benefits
Dilin və övrətin qorunması Cənnətə aparan yoldur.
Bu hədisdə dil və cinsiyyət orqanı xüsusi olaraq zikr edilmişdir. Çünki bu iki əza dünya və axirətdə insanı bəlaya salan iki əsas əzadır.
Share
Use the QR code to easily share the message of Islam with others