- Qadının, yanında məhrəmi olmadan səfər etməsinin icazəli olmaması.
- Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) "Əri və ya məhrəmi" sözünə əsasən, heç bir qadın səfərdə digər qadın üçün məhrəm deyil.
- Qadına, əri və məhrəmi olmadan səfər adlanan hər bir səyahətə çıxmaq qadağan edilir və bu hədis sual verənin vəziyyətinə və yaşayış yerinə uyğun olmuşdur.
- Qadının məhrəmi əri və ya ata, oğul, əmi və dayı kimi qohumluq əlaqəsinə görə evlənməsi həmişəlik haram olan və ya süd atası, süd əmisi kimi süd vermə yolu ilə yaxud ərin atası kimi evlilik yolu ilə evlənməsi həmişəlik haram olan şəxslərdir. O (məhrəm oln kəs), həddi-buluğa çatmış, ağıllı, etibarlı və güvənilən müsəlman olmalıdır. (Səfərdə qadının yanında) məhrəmin olmasının məqsədi qadını himayə etmək, onu qorumaq və onun işlərini yoluna qoymaqdır.
- İslam şəriətinin qadına verdiyi diqqət, onu himayə etməsi və onu qoruması.
- Sübh və əsr namazlarından sonra qılınan nafilə namazının səhih (doğru, keçərli) olmaması. Fərz namazlarının qəzaları, məscidə girərkən qılınan namaz və bunun kimi səbəblərə bağlı namazlar bundan istisnadır.
- Günəş çıxandan dərhal sonra namaz qılmaq qadağandır. Əksinə, günəşin nizə hündürlüyündə yüksəlməsi lazımdır. Bu da təxminən on dəqiqə ilə on beş dəqiqəyə qədər vaxta bərabərdir.
-
- Əsr namazının vaxtı günəşin batmasına qədər davam edir.
- Bu hədisdə üç məscidə səfər etməyin icazəli olmasına işarə vardır.
- Üç məscidin fəziləti və digərlərindən üstünlüyü.
- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qəbri olsa da belə, qəbirləri ziyarət etmək üçün səfər etmək icazəli deyil. Mədinədə olan, yaxud şər'i və ya icazəli bir məqsədlə oraya gələn kəsə isə, o qəbiri ziyarət etmək icazəlidir.