- Ər və arvadın bir-birlərinin övrət yerlərinə baxmağı istisna, digər şəxslərin övrət yerlərinə baxılmasının qadağan edilməsi.
- İslam dininin, cəmiyyətin saflığına hərisliyi və əxlaqsızlığa aparan yolları bağlaması.
- Müalicə və buna bənzər ehtiyac yaranarsa, şəhvətlə olmamaq şərti ilə övrətə baxmaq icazəlidir.
- Müsəlmana öz övrətini örtmək və başqalarının övrət yerlərinə baxmamaq əmr olunmuşdur.
- Hədisdəki qadağa kişilərin kişilərlə və qadınların qadınlara olan münasibəti üçün xüsusiləşdirilib. Çünki bu (eyni cinslərin münasibəti) bir-birlərinin övrət yerlərinə baxılmasına və övrətin aşkara çıxarılmasına daha çox ehtiyac yaradır.