Əgər kişi ailəsinə Allahın razılığını qazanmaq üçün xərcləyirsə, bu onun üçün sədəqədir
Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Əgər kişi ailəsinə Allahın razılığını qazanmaq üçün xərcləyirsə, bu onun üçün sədəqədir."
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Şərh (izah)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, öz xanımı, valideyni, övladı və digərləri kimi baxmağı vacib olan kəslərə kişi malından xərcləyərsə və bunu da uca Allaha yaxınlaşmaq və savab əldə etmək məqsədilə edərsə, bu xərclədiyi onun üçün sədəqə kimidir.
Hadeeth benefits
Ailəyə yönələn xərclərlə əcr və savaba nail olunur.
Mömin əməlində Allahın üzünü, Onun əcr və savabına nail olmağı hədəf tutar.
Ailə üçün xərcləmək də daxil olmaqla hər bir əməldə saleh niyyət xatırlanmalıdır.
Share
Use the QR code to easily share the message of Islam with others