- Cümə gününün həftənin digər günləri üzərində olan üstünlüyü.
- Cümə günü saleh əməllərə həvəsləndirmək və çoxaltmaq, Uca Allahın rəhmətinə nail olmaq və qəzəbini dəf etmək üçün hazırlaşmaq.
- Deyilir ki, hədisdə qeyd olunan cümə gününün bu xüsusiyyətləri: cümə gününün fəzilətini qeyd etmək üçün deyildir, çünki Adəmin cənnətdən çıxarılması və qiyamətin qopması fəzilət sayılmır. (Digər bir görüşə görə isə) deyilir: Əksinə, onların hamısı fəzilətdir və Adəmin cənnətdən çıxması elçilər, peyğəmbərlər və salehlərin nəslinin mövcüd olmasının səbəbidir. Qiyamətin qopması isə salehlərin mükafatının tezləşdirilməsi və Allahın onlar üçün hazırladığı kəramətlərə çatmaları üçün səbəbdir.
- Cümə gününün, bu rəvayətdə qeyd olunanlardan başqa digər xüsusiyyətləri də qeyd edilmişdir. Onlardan bəziləri: O gün Adəmin tövbəsi qəbul edildi, o gün vəfat etdi və o gündə elə bir saat vardır ki, həmin saata müvafiq olan və namaz qılaraq Allahdan bir şey istəyən mömin bəndəyə, Allah o şeyi verər.
- İlin ən fəzilətli günü Ərafə günüdür və (digər bir görüşə görə) deyilir ki: Qurban bayramı günüdür. Və həftənin ən fəzilətli günü cümə günü, ən fəzilətli gecə isə Qədr gecəsidir.