- Xütbəyə qulaq asarkən: danışmaq, hətta münkər bir şeyi inkar etmək, salam verənin salamını almaq, asqıran kimsəyə: "Yarhəmukə Allah" demək olsa belə haramdır.
- Xütbə əsnasında imamı danışdıran və ya imamın özü danışdırdığı kimsə bu haramlıqdan istisna edilir.
- Ehtiyac anında iki xütbə arasında (imamın minbərdə əyləşdiyi vaxt) danışmaq icazəlidir.
- İmam xütbə verərkən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) adı zikir edilərsə, xütbəni dinliyən sakitcə salat və salam gətirər və imamın etdiyi dualarına da amin deyər.