- Məscidə daxil olduqdan sonra oturmadan öncə iki rükət "Təhiyyətul-məscid" namazı qılmaq müstəhəbdir.
- Hədisdə gələn bu əmr, məscidə daxil olub oturmak istəyən kimsəyə aiddir. Məscidə daxil olub, oturmadan öncə çıxan kimsəyə bu əmr aid deyildir.
- Məscidə daxil olduqda insanların camaatla namaza başladığını görərsə, onlarla birlikdə qılınan namaza qoşulmalıdır. Bu zaman camaatla birlikdə qıldığı namaz həmin iki rükəti əvəz edir.