- Əgər namaz qılan şəxs öz namazında şəkk edərsə və iki haldan biri onun üçün daha çox ehtimal daşımarsa, şübhəni tərk edib yəqin olan ilə əməl etməlidir ki, bu da ən az olanıdır. Beləliklə o, namazını tamamlamalı, salamdan öncə səhv səcdəsi etməli, sonra isə salam verməlidir.
- Bu iki səcdə, namazı bərpa etmək üçün bir yol və şeytanı alçaldılmış və zəlil vəziyyətdə, istədiyindən uzaqlaşdıraraq rədd etməkdir.
- Hədisdəki şəkk, (iki hal arasında) heç bir üstünlük olmadan edilən tərəddüddür, lakin, nə zaman böyük güman yaranarsa və (yaxud hallardan biri) üstünlük təşkil edərsə, onunla əməl edilər.
- Şəriətin əmrinə tabe olaraq vəsvəsə ilə mübarizə aparmağa və onu dəf etməyə təşviq etmək.