Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Əgər siz A...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi dünyəvi və dini işlərdə faydalı əməllərə sarınmaqla və zərərli şeyləri dəf etməklə...
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «Minik üzər...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında salamlaşmanın ədəbini bu şəkildə bildirmişdir: ''Əs-sələmu aleykum və rahm...
Əbu Zərrdən (Allah odan razı olsun) belə ediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) pak və uca Allahın özünə zülmü haram etdiyini, məxluqatı arasında da bunu haram buyurduğu...
Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “Zülm etm...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zülmdən çəkindirmişdir. Bura insanların başqasına zülm etməsi, özünə zülm etməsi və Uca Alla...
Əbu Musadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən, Allah zal...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zülmə günahlar və şirk edərək israr etməkdən və insanlara zülm etməkdən çəkindirir və bildir...

Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər."

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir.»

Əbu Zərrdən (Allah odan razı olsun) belə ediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Mən­dən bağışlanma diləyin, Mən də sizi bağış­la­yım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istə­diyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.

Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “Zülm etməkdən çəkinin, çünki zülm Qiyamət günü zülmət olacaq və xəsislik etməkdən çəkinin, həqiqətən də xəsislik sizdən əvvəlkiləri məhv etdi, onları bir-birinin qanını tökməyə və haramlarını halal saymağa sövq etdi.”

Əbu Musadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın” Buyurdu ki: Sonra bu ayəni oxudu: {Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir.} [Hud: 102] ​

İbn Abbbasdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi Rəbbindən belə rəvayat etmişdir: "Şübhəsiz ki, Allah yaxşılıq və pislikləri yazdıqdan sonra, onları belə açıqladı: Kim bir yaxşılıq etmək istərsə, lakin bunu edə bilməzsə, Allah bunu onun üçün Öz dərgahında bir yaxşılıq kimi yazar. Əgər bir kəs xeyir əməli istəyib onu edərsə, Allah Öz dərgahında həmin şəxs üçün bu yaxşılığı on mislindən yeddi yüz mislinə qədər, hətta daha çox yazar. Əgər insan pis bir əməli etmək istəyər, lakin onu etməkdən əl çəkərsə, Allah bunu onun üçün bir yaxşılıq olaraq yazar, əgər bu pis əməli etmək istəyər və edərsə, Allah sadəcə onun üçün bunu bir günah olaraq yazar".

İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi dedi: Ey Allahın Rəsulu, cahiliyyə zamanında etdiyimizə görə hesaba çəkiləcəyikmi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verərək buyurdu: Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz, kim İslamda pis işlər görərsə, cahilikdə və İslamda etdiyi əməllərə görə hesaba çəkilər.

Abdullah bin Abbasdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir): Şirk əhlindən olub bir çox insan öldürmüş, çox zina etmiş bir toplum insan Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib: Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin - dedilər. Bu zaman Uca Allahın: {Onlar Allahla yanaşı başqa məbuda ibadət etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər....} [Furqan surəsi: 68] və {(Ey Peyğəmbər!) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin....} [Zümər surəsi: 53] ayəsi nazil oldu.

Həkim bin Hizəmdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Dedim: Ey Allahın Rəsulu, cahiliyyədə etdiyim sədəqə vermək, qul azad etmək, qohumluq əlaqələrini saxlamaq kimi xeyir əməllərə görə mənim əcrim varmı? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:"Sən keçmişdə etdiyin xeyir əməllərlə müsəlman oldun.

Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar, kafiri isə Allah xətrinə etdiyi xeyir əməllərinin dadını bu dünyada daddırar, axirətə gəldikdə isə onun mukafatlanacaq heç bir savabı qalmaz.

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi olan Rəbbindən rəvayət edərək belə buyurdu: "Bir qul günah edərək: "Ey Rəbbim, günahımı bağışla!" – dedi. Müqəddəs və pak olan Allah buyurdu: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır." Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır." Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və dərk etdi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır. Nə istəsən et, artıq səni əfv etdim!"

Əlidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Mən elə bir adamam ki, Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bir hədis eşitdiyim zaman uca Allah məni o hədislə istədiyi tərzdə faydalandırırdı. Əgər mənə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən kimsə hədis rəvayət etsəydi ona and içdirərdim, əgər and içsə, mən ona inanardım. Əbu Bəkr mənə hədis rəvayət etdi və dediklərində sadiq idi, dedi ki: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar" Ardınca bu ayəni oxudu: [O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm et­dik­də Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər.] [Ali İmran:135]