- Allahın qullarına qarşı rəhmətinin genişliyi. İnsan nə qədər günah edərsə , nə pis iş görərsə, tövbə edib Ona döndüyü təqdirdə, Allah onun tövbəsini qəbul edər.
- Uca Allaha iman edən qul Rəbbinin əfvinə ümid edər, Onun cəzasından qorxar, tövbəyə can atar, günahda israrlı, davamlı olmaz.
- Doğru tövbənin şərtləri: Günahı tərk etmək, günah etməkdən peşman olmaq, bu günahı təkrarlamamağa əzm etmək. Əgər tövbə, mal, ismət, can kimi, qullara edilən zülmlərdəndirsə tövbəyə bir şərt də əlavə edilir ki bu da haqq sahibindən halallıq almaq və ya ona haqqını ödəməkdir.
- Bəndənin dini mələsələlərdə elmə yiyələnməsinə yardım edən, xəta etdikdə tövbə etməsinə, ruhdan düşməməsinə və israr etməməsinə səbəb olan Allahı, elmə əsaslanaraq tanımağın əhəmiyyəti.