- Hədisdə bildirildiyi şəkildə salam vermək bəyənilən forma sayılır. Əgər piyada minikdə olana salam verərsə və ya qeyd edilən salam vermək formalarının əksi olarsa, bu da icazəlidir. Lakin bu, daha xeyirli və daha fəzilətli olana müxalifdir.
- Salamın hədisdə qeyd edildiyi şəkildə yayılması, sevgi və ünsiyyətin səbəblərindən biridir.
- Əgər deyilən şeylərdə bərabərdirlərsə, o zaman onların ən xeyirlisi salama birinci başlayandır.
- Bu dinin kamilliyi -insanların ehtiyac duyduqları hər şeyi açıqlamasındadır.
- Salam vermək ədəbini öyrətmək və hər kəsə öz haqqını vermək.