Aişədən(Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu:
{Kitabı sənə...
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: {Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir...
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) bel...
Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana, Allahın və Onun rəsulunun qadağan etdiyi hər bir münkəri gücü çatacağı şəkildə...
Numan bin Bəşir (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: Allahın qayda-qan...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qayda-qanunlarına riayət edən, Allahın əmrini yerinə yetirən, yaxşı işlər görməyi əm...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim doğru yola...
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, kim insanları söz və ya əməllə, haqq və xeyir yoluna irşad etsə,...
Əbu Məsud Əl Ənsaridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun)...
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: Mənim miniyim həlak oldu, məni miniyə mindir və ya məni...
Aişədən(Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu:
{Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər}.[Əli İmran: 7] (Aişə) dedi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Əgər mütəşabihlərdən yapışanları görsən, bil ki, onları Allah bu cür adlandırdı və onlardan uzaq durun.
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim: "Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".
Numan bin Bəşir (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi nəsib olan bir camaatın misalı kimidir. Aşağıda olanlar su əldə etmək üçün yuxarıdakıların yanına gedib dedilər: “Nə yaxşı olardı biz öz hissəmizdə bir deşik açardıq və bizdən üstəkilərə zərər verməzdik." Əgər yuxarıdakılar onların istədiklərinə manə olmasalar, hamısı bütövlükdə həlak olarlar, yox əgər onlara mane olsalar, birlikdə xilas olarlar”.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz, kim də zəlalətə dəvət edərsə, onun arxasınca gedənlərin günahı qədər günah qazanar və bu onların günahından heç nəyi əksiltməz."
Əbu Məsud Əl Ənsaridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: "Mənim miniyim-heyvanım həlak oldu, mənə minik ver". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Yoxumdur". Orada olan bir kişi dedi: "Ey Allahın Rəsulu, mən ona minik verəcək kimsəyə yönəldərəm" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar."
Səhl bin Səddən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Xeybər günü dedi: Sabah bu bayrağı elə bir kişiyə verəcəm ki, Allah onun əli ilə zəfər nəsib edəcək, O, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir." Dedi: İnsanlar o gecəni, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Sabah olduğunda onların hər biri bayrağın özünə veriləcəyi ümidilə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına getdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
"Əli bin Əbu Talib hardadır?" Dedilər: Ey Allahın Rəsulu, gözlərindən şikayət edir (gözləri ağrıyır). Dedi: Onun yanına adam göndərin (gəlsin). Əlini gətirdilər və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun gözlərinə tüpürdü və onun üçün dua etdi. Əli, sanki heç bir ağrısı olmamış kimi dərhal sağaldı və (Peyğəmbər), bayrağı ona verdi. Əli (Allah ondan razı olsun) dedi: "Ey Allahın Rəsulu! Onlar da bizim kimi olana qədər onlarla döyüşəcəmmi?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Sən, onların olduqları yerə yavaş-yavaş get (yəni dərhal döyüşə girmə). Sonra onları İslama dəvət et və Allahın haqqı olaraq yerinə yetirmələri vacib olan şeyləri onlara bildir. Allaha and olsun ki, Allahın, sənin əlinlə tək bir insana hidayət etməsi, sənin üçün qırmızı dəvələrə sahib olmağından daha xeyirlidir."
İbn Ömərdən (Allah onların hər ikisindən də razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Kim özünü bir topluma oxşadarsa, o da onlardandır"
Təmim Əd-Dəridən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: “Gecə və gündüzün çatdığı hər yerə bu iş də (İslam dini) çatacaqdır. Allah, qüdrətlinin izzəti və zəlilin zilləti ilə, bu dini daxil etmədiyi nə bir şəhər, nə də ki bir kənd evi buraxmayacaq, Allahın İslamla izzətləndirdiyi şərəflənəcək, küfrlə zəlil etdiyi isə zəlil olacaqdır” Və Təmim əd-Dəri deyərdi: “Mən bunu öz ailəmdə müşahidə etdim, artıq onlardan İslamı qəbul edənlərə xeyir, şərəf və izzət nəsib oldu. Onlardan kafir olanlara isə zillət, alçaldılma və cizyə vermək nəsib oldu.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar.
İbn Abbasdan (Allah hər ikisindən razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Əqabə gününün səhəri dəvəsinin üstündə ikən belə buyurdu: “Mənə daşlar topla.” Mən onun üçün atılacaq böyüklükdə yeddi daş topladım. Onları ovucunda silkələdi və dedi: “Bu böyüklükdə olanları atın!” Sonra dedi: “Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”.
Abdullah bin Məsud - Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "İfratçılar həlak oldular" Bunu üç dəfə təkrar etmişdir.
Adiy bin Hətimdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Yəhudilər qəzəbə düçar olmuş, xristianlar isə zəlalətə düşmüşlər".