- Toplumları qorumaq və onların nicat tapmasına dəstək üçün xeyir işləri təbliğ edib, pislikdən çəkindirmənin əhəmiyyəti.
- Tədris üsullarından biri də, gözlə görünən və hissiyatla dərk edilən mənaları daha aydın çatdırmaq üçün misallar gətirməkdir.
- İnkar edilməyən zahiri pis əməlin zərəri, cəmiyyətə qarşı edilmiş bir fəsaddır.
- Toplumun həlak olması, pis əməl sahiblərinin yer üzündə fəsad yaymaqlarına qarşı çıxmamaqdan irəli gəlir.
- Gözəl niyyət edib pis iş görmək, əməlin saleh olmasına kifayət deyil.
- Müsəlman toplumunda məsuliyyət müştərəkdir və konkret bir kəsə həvalə edilmir.
- Fərdin günahı inkar edilmədikdə, xalqın ona görə əzab görməsi.
- Pis iş görənlər də nifaq əhli kimi öz pisliklərini cəmiyyət üçün "xeyirli" şəkildə göstərirlər.