- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) risalətinin (çağırışının) bütün aləm üçün ümumiliyi, ona tabe olmağın vacibliyi və onun şəriəti ilə artıq bütün digər şəriətlərin qanunlarının ləğv olması.
- Kim Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) küfr edərsə, onun digər peyğəmbərlərə (Allahın salavatı və salamı onların üzərinə olsun) iman gətirmək iddiası ona heç bir fayda verməz.
- Kim Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında eşitməyibsə və İslam dəvəti ona çatmamışsa, üzrlüdür və axirətdə onun aqibəti uca Allaha aiddir.
- Ölümə yaxın olsa belə, hətta ağır xəstəlik zamanı, taki can boğaza çatmayınca İslamı qəbul edib bəhrələnmək mümkündür.
- Yəhudi və xristianlar da daxil olmaqla kafirlərin dinini doğru saymaq küfrdür.
- Hədisdə yəhudi və xristianın qeyd edilməsi-digər kafirlərə də xəbərdarlıqdır. Çünki yəhudi və xristianların kitabı var, əgər onlara xəbərdarlıq edilirsə, kitabı olmayanlar bu xəbərdarlığa daha çox layiqdirlər və onların hamısının Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dininə daxil olub ona itaət etmələri vacibdir.