- Əli ibn Əbu Talibin (Allah ondan razı olsun olsun) fəziləti və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah və Rəsulunun ona olan sevgisinə və onun da Allah və Rəsuluna olan sevgisinə şahidlik etməsi.
- Səhabələrin xeyrə olan hərisliyi və xeyrdə yarışmaları.
- Döyüş zamanı ədəbli olmağın bəyənilməsi, yüngüllüyün və lazımsız, narahatedici səslərin tərk edilməsi.
- Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin dəlillərindən biri də, yəhudilər üzərində qələbə xəbərini verməsi və Allahın izni ilə Əli ibn Əbu Talibin (allah ondan razı olsun) gözlərinin onun əli ilə sağalmasıdır.
- Cihadın ən böyük məqsədi, insanların İslama daxil olmasıdır.
- Dəvət tədricən (yavaş-yavaş) edilir, kafirdən əvvəlcə iki şəhadət kəliməsini söyləyərək İslama daxil olması istənilir və ondan sonra ona İslamın fərzlərini yerinə yetirməsi əmr edilir.
- İslama dəvət etməyin fəziləti və onda, dəvət edilənə və dəvət edənə olan xeyirlər. Dəvət edilən şəxs hidayət oluna bilər, dəvətçi isə böyük bir savab qazanır.