- İstər az olsun, istərsə də çox- doğru yola dəvətin fəziləti və dəvət edənin mükafatı, əməl edənin əldə etdiyi mükafat qədər, eynilə həmin mükafata sahib olması. Bu da Allahın böyük lütfündən və səxavətinin kamilliyindəndir.
- Zəlalətə çağırışın istər az, istərsə də çox olması təhlükəlidir və bu yola çağıran da o əməli edən qədər günah qazanar.
- Əməlin mükafatı və yaxud cəzası, onun növündəndir, kim xeyirə dəvət edərsə, bu xeyirə əməl edənin mükafatı qədər savab qazanar. Kim isə şərr əməllərə dəvət edərsə, bu əməli törədənin günahı qədər günah qazanar.
- Müsəlman, insanların gözü önündə günah işlərdə nümunə olmaqdan çəkinməlidir, çünki onu özünə örnək götürən insanları günaha təşviq etməsə belə onların törətdiyi günahlara görə də günah daşıyır.