- Bu hədis, münkərin dəyişdirilmə mərtəbələrini izah edən əsas hədisdir.
- Münkəri qadağan etməkdə mərhələlər və hər kəsin bacarığı və qüdrəti daxilində olmasının əmr ediməsi.
- Münkərdən çəkindirmək, dində hər bir müsəlmana vacib olan əzəmətli mövzudur və hər bir müsəlman da bacardığı qədər bununla mükəlləfdir.
- Yaxşılığı əmr edib, münkərdən çəkindirmək imanın xüsusiyyətlərindəndir. İman artır və azalır.
- Edilən bir felin münkər olduğunu bilmək, münkərdən çəkindirməkdə şərtdir.
- Həmçinin münkəri dəyişdirdikdə, ondan da daha böyük bir münkərin ortaya çıxmaması, münkəri dəyişdirməkdə olan şərtlərdən biridir.
- Münkərdən çəkindirmənin ədəb və şərtləri vardır ki, müsəlmanın onları öyrənməsi lazımdır.
- Münkəri inkar etmək, şəri siyasəti bilməyi və həmçinin elm və bəsirət sahibi olmağı tələb edir.
- Münkəri qəlb ilə də olsa inkar etməmək, imanın zəif olduğuna dəlalət edir.