- Quranın ayələrindən muhkəm olan : ayənin məğzinə işarə edən mənanın aydın və zahir olanıdır, mütəşabih isə bir və ya çox məna daşıyan və analiz və fəhmə ehtiyac olan ayələrdir.
- Qəlblərində əyrilik olanlar, bidət əhli, insanları şübhəyə salmaq üçün ortaya azdırıcı suallar çıxaranlarla bir yerdə oturmaqdan çəkindirmək.
- Ayənin sonunda uca Allahın: {Bunu isə yalnız ağıl sahibləri dərk edərlər} deməsi, qəlbləri əyri olanların ifşasına bir işarədir, elmdə sabit və qüvvətli olanlara isə tərifdir. Yəni: Kim düşünüb müsbət nəticə çıxarmazsa və öz nəfsinin istəklərinə uyarsa, o ağıl sahiblərindən olmaz.
- Qəlbin əyriliyinin səbəbi mütəşabehə tabe olmaqdır.
- Mənaları hər kəs tərəfindən anlaşılmayan mütəşabeh ayələrin mənasını, muhkəm ayələrə müraciət edərək təhlil etməyin vacibiyi.
- Pak olan Allah, insanları sınağa çəkərək iman əhlini zəlalət əhlindən fərqləndirmək üçün Quranın bəzi ayələrini muhkəm, bəzilərini isə mənası aydın olmayan mütəşabih etmişdir.
- Quranda mütəşabihin olması: alimlərin digərləri üzərində üstünlüyünün, insanların ağıllarının naqisliyinin, Yaradana acizliklərini etiraf edərək təslim olmalarının göstəricisidir.
- Elmdə qüvvətli olmağın fəziləti və sabit olmağın zəruriliyi.
- Uca Allahın { Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Emdə qüvvətli olanlar } ayəsi ilə əlaqədar təfsirçilərin iki rəyi vardır: "Allah" sözündə dayananlara görə, "onun yozumunu" ifadəsində müəyyən bir şeyin həqiqi bilgisindən və mahiyyətindən bəhs olunur. Buna misal, ruhla bağlı və ya Qiyamət gününün vaxtı kimi məsələlər barədə açıqlama və ya bilgi yalnız Allaha məxsusdur və onu bilmək mümkün deyil. Ona görə elmdə qüvvətli olanlar adı keçən qeybi məsələlərə iman gətirər, həqiqətlərini Allaha həvalə edər, təslim olaraq salamat qalarlar. Amma kim "Allah" sözündə dayanmayıb, cümləyə davam edərsə, bu zaman təfsirçilərin rəyinə görə "yozum" sözündən qəsd edilən məna təfsir, açıqlama və izahdır. Beləliklə mənası- onun yozumunu Allah bilir, elmdə qüvvətli, sabit olanlar bilir, ona iman gətirirlər və mənasını muhkəm ayələrə müraciət etməklə təsbit edirlər.