- Günahlardan bəziləri kiçik, bəziləri isə böyükdür.
- Kiçik günahların bağışlanması böyük günahlardan çəkinmə şərtinə bağlıdır.
- Böyük günahları edənə bu dünyada hədd cəzası, axirətdə isə əzab və ya qəzəb yaxud da lənət təhdidi vardır. Zina etmək və içki içmək kimi əməllər böyük günahlara misaldır.