- “Allah istədiyi oldu və sən istədiyin oldu” ifadəsinin içərisində “və” birləşdirmə bağlayıcısı da olmaqla Allaha bərabərlik bildirən bu kimi ifadələrin haramlığı. Çünki bunlar şirk sözlər və ifadələrdir.
- "Allah istədiyi oldu, sonra sən istədiyin oldu" ifadəsinin içərisində Allah kəliməsinə "sonra" zaman zərf bağlanmasının artırılması ilə birlikdə buna bənzər ifadələrin icazəli olması, çünki belə cümlə forması təhlükəli yanlış ifadənin qarşısını alır.
- Allahın istəyinin və qulun istəyinin isbatı və qulun istəyinin uca Allahın istəyinə tabe olması.
- Sözlə olsa belə, Allahın istəməsində məxluqun şərik olmasının qadağan edilməsi.
- İzzət və cəlal sahibi olan Allahın istəməsiylə qulun istəməsinin mütləq olaraq bərabər olduğunu və ya qulun müstəqil istəyi olduğuna etiqad edərək söyləmək böyük şirkdir, lakin Allahın istəyindən aşağı olduğuna etiqad etmək kiçik şirkdir.