- Əbu Bəkir Siddiqin -Allah ondan razı olsun- fəziləti. O, səhabələrin ən fəzilətlisi və Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfatından sonra insanlar arasında xilafətə ən layiqli olanıdır.
- Qəbirlər üzərində məscidlərin bina edilməsi keçmiş ümmətlərdən qalan münkər əməllərdəndir.
- Qəbirləri ibadətgahlara çevirməyin, qəbirlər yanında və ya qəbirlərə tərəf namaz qılmağın yaxud qəbirlər üzərində məscidlər və ya qübbələr bina edilməsinin qadağan olma səbəbi insanları şirkə düşməkdən çəkindirmək üçündür.
- Şirkə apardığına görə saleh kimsələri təzim edərək həddi aşmaq qadağan olunmuşdur.
- Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə ümmətini bu işdən təkrar olaraq çəkindirməsi bunun necə də təhlükəli bir iş olmasına dəlalət edir.