- Cənnət və cəhənnəmin hazırda mövcud olmalarına iman etmək.
- Qeybə, izzət və cəlal sahibi olan Allah və Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) gələn hər bir şeyə iman gətirməyin vacibliyi.
- Nəfsin sevmədiyi şeylərə qarşı səbr etməyin əhəmiyyəti, çünki o cənnətə aparacaq səbəbdir.
- Haramlardan uzaq durmağın əhəmiyyəti, çünki, onlar cəhənnəmə aparacaq yollardır.
- Cənnətin sevilməyən şeylərlə, cəhənnəmin şəhvətlərlə əhatələnməsi dünya həyatında imtahan və sınağın labüdlüyüdür.
- Cənnət yolu çətin və məşəqqətlidir, imanla bərabər səbr və çətinliklərə sinə gərmək gərəklidir, cəhənnəm yolu isə dünyada şəhvət və ləzzətlərlə doludur.