/ Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır

Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır

Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi.
Muslim rəvayət etdi

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah yeri və göyləri yaratmazdan əlli min öncə məxluqatın qədəriylə əlaqəli olan; həyat, ölüm, ruzi və digər baş verəcəkləri lövhu məhfuzda təfsilatı ilə yazmışdır və bütün bunlar, izzət və cəlal sahibi olan Allahın yazdığı kimi baş verir. Hər baş verən və olan Allahın qəza və təqdiriylədir. Qul üçün təqdir edilən şey ondan yan keçməz, ona yazılmayan şey isə onun başına gəlməz.

Hadeeth benefits

  1. Qəza və qədərə imanın vacibliyi
  2. Qədər: Allahın olacaq hər şeyi bilməsi, yazması, istəməsi və bunları yaratmasıdır.
  3. Yerin və göylərin yaradılmasından öncə hər şeyin qədərinin yazıldığına iman etmək, qədərə razılıq və təslimiyyət doğurur.
  4. Yerin və göylərin yaradılmasından öncə Rəhmanın ərşi suyun üzərində idi.