- Peyğəmbərlərin və salehlərin qəbirlərinin orada Allah üçün namaz qılınan məscidlər edilməsi qadağan edilmişdir. Çünki bu şirkə aparan bir səbəbdir.
- Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) şiddətli bir şəkildə tövhidə önəm verməsi və qəbirlərin təzim edilməsindən qorxması, bu əməlin şirkə aparan bir yol olmasından dolayıdır.
- Yəhudi və xristianlara, həmçinin qəbirlərin üzərində bina tikib oranı məscidlər edərək onların etdiklərinin eynisini edənlərə lənət etməyin icazəli olması.
- Qəbirlərin üzərində bina tikmək yəhudi və xristianların adətidir. Hədisdə onlara bənzəmək qadağan edilmişdir.
- Hədisdə həmçinin, üzərində məscid tikilməsə belə qəbirlərin səcdəgah edilərək orada namaz qılınması və namaz qılarkən qəbirlərə tərəf yönəlməsi qadağan edilmişdir.