- Şirkə aparan vasitələrin qarşısını almaq məqsədi ilə qəbirlər üzərində məscid tikməyin, orada namaz qılmağın və ya məscidlərdə cənazəni dəfn etməyin haram olması.
- Məscidləri qəbirlər üzərində inşa etmək, orada təsvirlər həkk etmək yəhudi və xristianların əməllərindəndir, bunu edən isə onlara bənzəmiş olar.
- Ruhu olan yaradılmışların rəsmlərini çəkməyin haram olması.
- Kim qəbir üzərində məscid inşa edər, içərisində şəkillər çəkərsə, uca Allahın ən şərli məxluqlarındandır.
- Şəriətin, şirkə apara biləcək bütün vasitələrin qarşısını almaqla tövhid cinahını kamil surətdə himayə etməsi.
- Salehlərin şənini, zatını şişirtməyin qadağan edilməsi, çünki bu şirkə düşməyə səbəbdir.