- Saleh əməllər üstünlüyünə görə fərqləndiyi kimi, günahlar da böyüklüyünə görə fərqlənir.
- Ən böyük günah: Uca Allaha şərik qoşmaq, sonra yeməyinə şərik olacağından qorxaraq övladı öldürmək, sonra qonşunun həyat yoldaşıyla zina etməkdir.
- Ruzi pak olan Allahın əlindədir, O yaradılmışların ruzilərinə zamindir.
- Qonşunun haqqı böyükdür, qonşuya əziyyət vermək qeyrilərinə əziyyət verməkdən daha böyük günahdır.
- İbadətə yalnız Yaradan layiqdir və Onun şəriki yoxdur.