- Evlərdə Allaha ibadət etməməyin qadağan olunması.
- Peyğəmbərin -salləllahu aleyhi va səlləm- qəbrini ziyarət etmək üçün səfərə çıxmaq qadağan olunmuşdur. Çünki Peyğəmbər -salləllahu aleyhi va səlləm- ona salavat deməyi əmr etmiş və harada olmasından asılı olmayaraq, deyilən salavatın ona çatacağını xəbər vermişdir. Ancaq Peyğəmbərin -salləllahu aleyhi va səlləm- məscidini ziyarət etmək və orada namaz qılmaq məqsədi ilə səfərə çıxıla bilər.
- Peyğəmbərin -salləllahu aleyhi va səlləm- qəbrinin müəyyən zamanlarda xüsusu bir qaydada təkrar-təkrar ziyarət edilərək bayram yerinə çevirməyin və həmçinin bu qaydada digər qəbirləri də ziyarət etməyin haram olması.
- Peyğəmbər -salləllahu aleyhi va səlləm- Rəbbi yanında hörmət sahibidir. Elə buna görə də Uca Allah Peyğəmbərə -salləllahu aleyhi va səlləm- hər bir zamanda və hər bir məkanda salavat deməyi dinin ayinlərindən etmişdir.
- Belə ki,qəbirlər yanında namaz qılmağın qadağan olması səhabələr tərəfindən qəbul olunmuşdur. Buna görə Peyğəmbər -salləllahu aleyhi va səlləm- qəbirsanlıqlarda namaz qılınmadığı kimi evlərin də o hala gətirilməsini qadağan etmişdir.