- Təzim və tərifləməkdə şəri hüdudların aşılması qadağan edilmişdir. Çünki bu, şirkə aparan bir yoldur.
- Peyğəmbərin -salləllahu aleyhi va səlləm- çəkindirdiyi şey artıq bu ümmətdə baş vermişdir. Belə ki, bir qrup insan Allah Rəsuluna -salləllahu aleyhi ve səlləm-, bir qrup insan əhli beytə, başqa bir qrup insan isə saleh kimsələrə olan sevgidə həddi aşaraq şirkə düşmüşlər.
- Allah Rəsulu -salləllahu aleyhi va səlləm- özünün Allahın qulu olduğunu və Allaha xas olan hər hansı bir xüsusiyyəti ona aid edilməsinin caiz olmadığını bəyan etmişdir.
- Peyğəmbər -salləllahu aleyhi va səlləm- özünü Allahın rəsulu kimi vəsf etmiş və onun Allah tərəfindən göndərilən bir elçi olduğunu göstərmək üçün ona inanmaq və tabe olmaq lazımdır