- Lə iləhə illəllah şəhadətinin mənası Allahı ibadətdə təkləşdirmək və Ondan başqasına ibadət etməyi tərk etməkdir.
- Muhammədin -salləllahu aleyhi va səlləm- Allahın Rəsulu olduğuna şəhadət etmənin mənası isə ona və onun gətirdiklərinə iman edib təsdiqləmək və onun bəşəriyyətə göndərilən Allahın son Rəsulu olduğunu təsdiq etməkdir.
- Məlumatlı və şübhə içində olan kimsələrə xitab etmək cahil kəslərə xitab etmək kimi eyni deyildir. Buna görə də Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbələ: "Sən kitab əhli olan bir qövmə gedirsən". deyərək onu xəbərdar etmişdir.
- Müsəlmanın şübhə sahiblərinin şübhələrindən xilas olması üçün dinində bəsirət sahibi olması önəmlidir. Bu da ancaq elm tələb etməklə mümkündür.
- Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- peyğəmbər olaraq göndərilməsindən sonra yəhudi və xristian dininin batil hesab olunmuşdur.Kitab əhli İslamı qəbul etmədikləri və Peyğəmbərə -salləllahu aleyhi va səlləm- iman gətirmədikləri müddətcə, qiyamət günü qurtuluş əhlindən olmayacaqlar.