- Peyğəmbərə -salləllahu aleyhi va səlləm- axirətdə şəfaət etmək hüququ veriləcəkdir. Bu şəfaət də ancaq tövhid əhli üçündür.
- Peyğəmbərin -salləllahu aleyhi va səlləm- şəfaəti tövhid əhlindən Cəhənnəmə layiq olanların girməməsi və Cəhənnəmə girənlərin də oradan çıxması üçün vasitəçi olmasıdır.
- Allah üçün ixlaslı bir şəkildə tövhid kəlməsini söyləməyin fəziləti və böyük təsiri vardır.
- Tövhid kəlməsinin tətbiq edilməsi, bu kəlmənin mənasını bilərək və tələblərinə əməl edərək olur.
- Əbu Hureyranın - Allah ondan razı olsun - fəziləti və elmə olan hərisliyi.