- Allahın qullarına vacib etdiyi haqlarının bəyanı: Ona ibadət edib, heç nəyi Ona şərik qoşmamaları.
- Qulların Allah üzərində olan, Onun tərəfindən onlara fəzilət və nemət olaraq Allahın özünə vacib etdiyi haqlarının bəyanı: Onları cənnətinə daxil etməsi və onlara əzab verməməsi.
- Burada Uca Allaha şərik qoşmayan tövhid əhlinə, son mənzillərinin cənnət olması ilə bağlı böyük müjdə vardır.
- Muaz (Allah ondan razı olsun) elmi gizlətməyin günahından qorxduğu üçün ölümündən öncə bu hədisi söyləyir
- Bəzi insanların, mənalarını anlamayacaqlarından ehtiyat edib, onların yanında əməl etməklə və şəriətin hədlərindən hər hansı hədlə əlaqəsi olmayan bəzi hədisləri yaymamaq.
- Tövhid əhli arasındakı günahkarlar Allahın istəyi altındadır, istəsə onları bağışlayar, istəsə onlara əzab verər, lakin sonda gedəcəkləri yer cənnətdir.