- Məsciddə camaat namazını qılmağın, namazlara diqqət yetirməyin və ondan yayınmamağın əhəmiyyəti.
- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təqdimatı və səhabələrini təşviq etməsi. Belə ki o, sual şəklində böyük bir savaba işarə edərək başladı və bu, öyrətmə üsullarından biridir.
- Məsələni sual və cavab şəklində təqdim etməyin faydası: Söhbətin qeyri-müəyyən olması, sonra isə izah edilməsinə görə insana daha çox təsir edir.
- Ən-Nəvəvi (Allah ona rəhmət etsin) demişdi: Bu, keşik çəkməkdir, yəni, təşviq edilən keşik çəkmək və keşik çəkməyin əsası bir şeyə bağlı qalmaqdır, sanki o, özünü bu itaətə həbs etmişdir. Həmçinin deyilmişdir: Bu, ən yaxşı keşik çəkməkdir, necə ki- Cihad nəfsin cihadıdır-deyilmişdir. Ola bilsin ki, mövcud və mümkün olan keşik çəkmək olsun, yəni: bu keşik çəkmənin növlərindən biridir.
- "Ər-Ribat" kəliməsi təkrar-təkrar işlədilmiş və "ال" artiklı ilə müəyyən edilmişdir; bu isə bu əməllərin qədr-qiymətini böyütmək üçündür.