/ Kim qardaşının ismətini qoruyarsa, Allah da onu Qiyamət günü cəhənnəm əzabından qoruyar

Kim qardaşının ismətini qoruyarsa, Allah da onu Qiyamət günü cəhənnəm əzabından qoruyar

Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir: "Kim qardaşının ismətini qoruyarsa, Allah da onu Qiyamət günü cəhənnəm əzabından qoruyar".
Ət-Tirmizi və Əhməd rəvayət ediblər

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim müsəlman qardaşının yoxluğunda onun qınanmasının, haqqında pis söylənilməsinin qarşısını alarsa, Qiyamət günü Allah da onu əzabdan qoruyar.

Hadeeth benefits

  1. Müsəlmanların şərəf-ləyaqətləri barədə söz-söhbət etmək qadağan edilmişdir.
  2. Əməlin mükafatı yaxud cəzası onun növündəndir, kim qardaşının şərəf-ləyaqətini qoruyarsa, Allah da onu cəhənnəm əzabından qoruyar.
  3. İslam, qardaşlıq və dəstək dinidir.