- Yemək-içmək ədəblərindən biri də, yemək və ya içməyə başlayarkən: "Bismilləh" deməkdir.
- Uşaqlara, xüsusən də insanın himayəsi altnda olan uşaqlara ədəb-ərkan öyrədilməsi.
- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) uşaqları təlim-tərbiyə etmə məsələsində səbirli və onlara qarşı şəfqətli olması.
- Yemək ədəblərindən biri də, insanın, qabda ona yaxın olan yerdən yeməsidir. Amma yemək bir neçə növdən ibarətdirsə, bu zaman yeməyi qabın müxtəlif yerindən ala bilər.
- Səhabələrin, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara öyrətdiyi ədəb-ərkana riayət etmələri. Bu fayda, Ömərin: "Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu" sözündən alınmışdır.