Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər
Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcəsi Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər.
Muslim rəvayət etdi
Şərh (izah)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sözdə və əməldə yumşaqlıq, mülayimlik, ehtiyatlı davranma hər bir işin gözəlliyini, keyfiyyətini və mükəmməlliyini artırır və ehtiyacı olana daha rahat anlatmağa yardım edir.
Həlim olmamaq işləri qüsurlu edər, qəbahətli edər və ehtiyac sahibinin istədiyi şeyə nail olmasına mane olar və nail olsa belə çətinliklə əldə edər.
Hadeeth benefits
Yumşaq xasiyyətə yiyələnməyə təşviq.
Yumşaqlıq insanı gözəlləşdirir və bu dünya və axirətdə ümumi xeyirlərə nail olmağa səbəb olur.
Share
Use the QR code to easily share the message of Islam with others