/ İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur

İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur

Cabir bin Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur. Lakin insan evinə girərərkən Allahı zikr etməzsə, şeytan öz ardıcıllarına deyər: Gecələməyə yeriniz var. Yemək yediyində Allahı zikr etməzsə şeytan onlara deyər ki, artıq həm gecələməyə yeriniz, həm də yeməkdən payınız vardır.
Muslim rəvayət etdi

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evə girərkən və yeməyə başlamazdan əvvəl Allahı zikr etməyi əmr edir və bildirir ki, əgər bir kəs evinə girərkən və yeməyə başlayarkən Allahı "bismilləh" (Allahın adı ilə) deyərək zikr edərsə: Şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək və şam etmək üçün pay yoxdur, çünki ev sahibi uca Allahı zikr etməklə öz toxunulmazlığını təmin etdi. Lakin əgər insan nə evə girdiyi zaman, nə də ki, yemək yeyərkən Allahı zikr etməzsə, şeytan öz köməkçilərinə onların bu evdə gecələyib, şam edəcəklərini xəbər verər.

Hadeeth benefits

  1. Evə girərkən və yemək yeyərkən Allahı zikr etməyin müstəhəb olması. Çünki şeytan, uca Allahın adını zikr etməyən kəslərin evlərində gecələyir və onların yeməklərini yeyir.
  2. Şeytan Adəm övladının bütün əməllərinə, davranışına və bütün işlərinə nəzarət edir, elə ki, insan zikr etməkdən yayınır, şeytan onun bu halından istifadə edərək öz istəyinə nail olur.
  3. Zikr şeytanı qovur.
  4. Hər bir şeytanın, onun sözlərinə sevinən, əmrlərinə əməl edən ardıcılları və dostları vardır.