- Dəstəmazın, sünnələrinin və ədəblərinin təliminə diqqət yetirməyə və onlara əməl etməyə təşviq.
- Dəstəmazın fəziləti və onun kiçik günahları silməsi. Böyük günahlara gəldikdə isə burada tövbə gərəkdir.
- Günahların silinməsinin şərti, dəstəmazı Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirdiyi kimi kamil və ona xələl gətirmədən almaqdır.
- Bu hədisdə bəhs edilən günahların təmizlənməsi, böyük günahlardan çəkinib və onlardan tövbə etməyə bağlıdır. Uca Allah buyurur: (Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçərik.) [ Nisa, 31]