- Dinin əsası Allahın rububiyyətinə, uluhiyyətinə, isim və sifətlərinə iman gətirməkdir.
- İman gətirdikdən sonra doğru yola riayət etməyin, ibadətlərdə davamlı olmağın və bunun üzərində sabit qalmağın əhəmiyyəti.
- İman əməlin qəbul olunması üçün şərtdir.
- Allaha iman özündə, əqidə ilə etiqad edilən imanı və onun əsaslarını, bundan irəli gələn qəlblərin əməllərini, daxilən və zahirən Allaha təslim olub və Ona boyun əyməyi ehtiva edir.
- Doğru yol- vaciblərə əməl edib, qadağaları tərk etməklə bu yolda davamlı olmaqdır.