Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular...
Numan bin Bəşirdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: «Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular.»
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Şərh (izah)
Peyğəmbər - sallallahu aleyhi və səlləm- bəyan etmişdir ki, müsəlmanların bir-birlərinə yaxşılıq etmək, mərhəmətli olmaq, yardımlaşmaq və bir-birlərinə dəstək olmaq və başlarına gələn zərərdən əziyyət çəkməkdə olan halları bir bədən kimi olmalıdır. Bədənin bir üzvü xəstələnərsə, bütün bədən o xəstə üzvlə birlikdə yuxusuzluğa və qızdırmaya tutular.
Hadeeth benefits
Müsəlmanların haqlarına böyük önəm verilməli, onların bir-birlərinə yardım etmələri və bir-birlərinə qarşı lütfkar olmalarına təşviq edilməlidir.
İman əhli arasında məhəbbət və yardımlaşma olmalıdır.
Share
Use the QR code to easily share the message of Islam with others